IQNA

ABŞ-da müsəlmanların sayı iki dəfədən çox artacaq

13:10 - January 15, 2016
Xəbər sayı: 3480058
Tehran, 15 Yanvar 2016 - 2050-ci ilə qədər ABŞ-da müsəlmanların sayı 8 milyon 100 min nəfərə çatacaq.

IQNA - ABŞ-ın "Pew Research Center” sosial araşdırmalar təşkilatı belə proqnoz verib. Hazırda ABŞ-da 322 milyon insan yaşayır. Əhalinin dini mənsubiyyəti barədə rəsmi statistika olmasa da, müstəqil araşdırmaçılar bildirirlər ki, müsəlmanlar hazırda ABŞ əhalisinin 1%-ni təşkil edir. Bu, əhalinin 3 milyon 300 min nəfərinin müsəlman olması deməkdir.

Əgər "Pew Research Center” təşkilatının proqnozu doğrularsa, müsəlmanların sayı 8 milyon 100 min nəfərə çatarsa, ABŞ əhalisinin 2,1%-i müsəlmanlardan ibarət olacaq.

Sosioloqların ehtimalına görə, 35 il ərzində ABŞ-ın müsəlman əhalisi yəhudi və hindulara nisbətdə daha sürətlə artacaq.

Qeyri-rəsmi hesablamalara görə, hazırda ABŞ-da 5 milyon 700 min nəfər yəhudi, 2 milyon 100 min nəfər hindu yaşayır. Tədqiqatçıların fikrincə, müsəlmanların artımında iki faktor əsas rol oynayacaq: müsəlman miqrantların sayının artması və ABŞ-da digər dinlərin nümayəndələri ilə müqayisədə müsəlman ailələrdə uşaqların çox olması.

Maide.az

captcha