IQNA

Bəhreyndə “şəhid Şeyx Nimrin yoluna sadiqlik” aksiyası keçiriləcək

13:14 - January 15, 2016
Xəbər sayı: 3480059
Tehran, 15 Yanvar 2016 - Bəhreyn 14 fevral gəncləri koalisiyası bu gün cümə namazından sonra “Şəhid Şeyx Nimrin yoluna sadiqlik” aksiyası keçirəcək.

IQNA, Maide.az-a istinadla xəbər verir ki, Bəhreyn 14 fevral gəncləri koalisiyası bəyanat yayaraq bildirib ki, Şeyx Nimr Səud rejimini və Ali Xəlifə rejimini tənqid edib və Bəhreyn xalqının yanında olub.

Bəhreyn 14 fevral gəncləri koalisiyası əhalini aksiyada aktiv iştirak etməyə çağırıb. Aksiya Bəhreynin Sitrə bölgəsində keçiriləcək.

captcha