İQNA-nın ( Beynəlxalq Quran Xəbər Agentliyi) www.lebanonfiles.com xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah yaxın günlərdə Livan İslami Müqavimət Hərəkatının düzənlədiyi "Şəhid Günü” mərasimində çıxış edəcəkdir.
"Şəhid Günü” mərasimi Livan İslami Müqavimət Hərəkatı komandirlərindən olan Seyid Abbas Musəvi, Şeyx Rağib Hərb və İmad Müğniyənin şəhidlik ildönümünün anım mərasimidir. Bu mərasimin və Seyid Həsən Nəsrullahın çıxışının dəqiq günü və saatı hələ müəyyən olunmayıbdır.
Livanın "əl-Cümhuriyyət” qəzetinin yaydığı xəbərə görə, gələn həftənin cüməaxşamı günü, yəni Fevral ayının 11-i,Livanda "Şəhid Günü” adlanır. Amma əldə olunan məlumatlara görə, ehtimal olunur ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah cari ilin Fevral ayının 16-da çıxış etsin. Yəni həm "Şəhid Günü” mərasimi ilə bağlı danışsın və həm də "14 mart hərəkatı” və bu cərəyanın Livanın daxili hadisələrində və gələcək prezident seçkilərində təsirinə də işarə etsin.
http://iqna.ir/fa/news/3473142