İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ŞƏBİSTAN" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələrindən olan Quran hafizləri və qarilərinin iştirakı ilə keçirilən Misirin 23-cü beynəlxalq Quran-Kərim yarışlarına Sinanın cənubunda Şərm-Şeyx şəhəri evsahibliyi edəcəkdir. Yarışlar sabah, 10.04.2016-cı il tarixindən başlayacaq və 5 gün davam edəcəkdir.
Misirin Vəqflər Nazirliyinin SİNA əyalətindəki nümayəndəliyi elan edib ki, Misirin 23-cü beynəlxalq Quran-Kərim yarışlarına Sinanın cənubunda Şərm-Şeyx şəhəri evsahibliyi edəcəkdir. Quran yarışları Aprel ayının 10-dan etibarən başlayacaq və 14-dək davam edəcəkdir. Bu yarışlarda dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş 60 ölkə nümayəndəsi iştirak edəcəkdir. Yarışlarda iştirak edəcək qari və haziflərin sayının 160 nəfər olduğu bildirilir.
Yarışların sabah açılışında Misirin prezidenti Əbdül-Fəttah Sisi, Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Cavanlar və idman naziri mühəndis Xalid Əbdül-əziz və Sinanın meri Xalid Fudə iştirak edəcəklər.
Misirin Vəqflər Nazirliyinin SİNA əyalətindəki nümayəndəliyi elan etdi ki, Şeyx Helmi əl-Cəməl (Quran qarisi) və Doktor Camal Faruq bu yarışların hakimlərindədirlər.
Vəqflər naziri bildirib ki, yarışların əsas hədəfi dünyaya Misrdə təhlükəsizliyin və sabitliyin qorunduğunu göstərməkdir.
http://shabestan.ir/detail/