IQNA

Həzrət Abbasın yeni zərihinin açılış mərasimi sabah keçiriləcək

11:20 - April 19, 2016
Xəbər sayı: 3480341
Tehran, 19.04.2016 – Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının müdiriyyəti yeni zərihin açılış mərasiminin sabah keçiriləcəyi barədə məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Kəfil" peyk tv kanalına istinadla verdiyi xəbərə görə, Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının müdiriyyəti o həzrətin (ə) yeni zərihinin açılış mərasiminin sabah, həftənin 3-cü gün, Aprel ayının 20-də keçiriləcəyi barədə məlumat verib.

Yeni zərihin düzəldilməsi və bütün icra mərhələləri iraqlı sənətkarlar tərəfindən Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının daxilində yerinə yetirildi.

Yeni zərihin açılış mərasimi sabah, həftənin 3-cü gün, Aprel ayının 20-də, yəni 1437-ci Hicri-Qəməri ilinin Rəcəb ayının 12-də, yerli vaxtla saat 20:00-da keçiriləcəkdir.

Mərasimdə daha çox qonaq iştirak edə bilsin deyə zərihin açılış bayramı Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının Həzrət Əbəlfəzl Abbasın (ə) müqəddəs ziyarətgahının "Babul-Qiblə" (Qiblə qapısı) adlanan eyvanında təşkil ediləcəkdir.

Açılış mərasimində müxtəlif dini şəxsiyyətlər çıxış edəcək, ustalar və sənətkarlar təltif ediləcək və zərihin harızlanması mərhələlərini əks etdirən 15 dəqiqəlik videoçarx göstəriləcəkdir.

http://iqna.ir/fa/news/3489645


Teqlər: iqna ، əbəlfəz ، abbas ، yeni zə
captcha