IQNA

Səudiyyə Ərəbistanı növbəti dəfə Yəməni bombardman etdi

9:07 - May 01, 2016
Xəbər sayı: 3480398
Tehran, 01.05.2016 – Səudiyyə Ərəbistanı hərbi aviasiyası elan edilən atəşkəsə baxmayaraq yenidən Yəmən ərazilərini bombardman edib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla xəbər verir ki, Səudiyyə aviasiyası Yəmənin Səada, Cəuf, Mərib, Həcca, Taiz və paytaxt Səna şəhərinə zərbələr endirib.

Taiz vilayətinin Vaiziyyə qəsəbəsinin bombardmanı zamanı Səudiyyə Ərəbistanının dəstəklədikləri qruplaşmalar adı çəkilən vilayətin Ğəyl, Mutun və Məslub qəsəbələrini toplardan atəşə tutub.

Bundan əlavə Səudiyyə tərəfindən maliyyələşən muzdlu döyüşçülər Yəmənin Həmra məntəqəsinə hücum ediblər.

captcha