IQNA

İraqda 450 İŞİD Üzvü Yaxalandı

12:53 - June 14, 2016
Xəbər sayı: 3480551
Tehran, 14.06.2016 - İraq Müdafiə Nazirliyi Ənbar vilayətinin Fəllucə şəhərindən qaçan mülki əhali arasında 450-yə yaxın İŞİD-çinin tutulduğunu açıqlayıb.

İraqda 450 İŞİD Üzvü Yaxalandı

IQNA - Nazirliyin sözçüsü Nasir Nurinin verdiyi məlumata görə, əməliyyat kəşfiyyat məlumatları nəticəsində uğurlu alınıb.

O, daha çox terrorçunun ölkənin digər bölgələrinə yayıldığını istisna etməyib.

Qeyd edək ki, terrorçular Ənbar Əməliyyat Komandanlığı tərəfindən dindiriləcək.

İslam.az

captcha