IQNA

İŞİD yeni ölümcül bombadan istifadə etməyə başladı

12:06 - July 31, 2016
Xəbər sayı: 3480651
Tehran, 31.07.2016 – İŞİD terrorçuları yeni tip ölümcül bombadan istifadə etməyə başlayıblar.

İŞİD yeni ölümcül bombadan istifadə etməyə başladı


IQNA - Mütəxəssislərin sözlərinə görə, məhvedici bombanın bu növü adi bombadan fərqlənən tərkiblə doldurulub. Belə bəyanatı, iyul ayının 3-ü Bağdaddakı partlayışın şahidlərinin verdiyi məlumatlar əsasında vermək olar.

Xatırladaq ki, həmən vaxt yeni partlayıcı ilə doldurulmuş yük avtomobili havaya uçduqdan sonra, partlayış yerində çuxur qalmayıb, yaxınlıqdakı binalar isə xəsarət almayıblar. Buna baxmayaraq, yaxınlıqda çoxlu sayda kiçik yanğınlar baş verib ki, bu da çoxlu saylı insan qurbanlarının olmasına səbəb olub.

"Biz artıq böyük partlayışlara öyrəşmişik, lakin bu bombadan istifadə edilmiş reaktivlər, İraqda ilk dəfədir ki, istifadə olunub.”, – yerli könüllülərin liderlərindən biri, briqada generalı Kadim Bəşir Saleh qeyd edib.

Ehtimal edilən məlumatlara əsasən, yenilənmiş partlayıcını uzun müddət İŞİD nəzarəti altında olmuş Əl-Fəllucə şəhərində hazırlayıblar. (İslamazeri.az).

captcha