İQNA - Bazar
ertəsi baş verən hücum zamanı "Əbəs” xəstəxanasında ölən və
yaralananlar arasında həm tibbi personal və həmdə xəstələr var.
Hücum zamanı ən az 25 nəfərin həlak olduğu bildirilir. Onlarla şəxs isə yaralanıb.
"Sərhədsiz həkimlər" (MSF) Təşkilatının Yəmən üzrə nümayəndəsi Məlik Şahər deyib, Səudiyyə rejim qırıcılarının xəstəxanaya hücumunu təsdiqləyib və deyib ki, Əbəs xəstəxanasında MSF-in həkim birqadası çalışırdı.
Bildirilir ki, ölən həkimlər arasında bir nəfər İspaniyalı həkim xanımda var.
Qeyd edək ki, bir neçə gün öncədə təcavüzkar Ərəbistanı rejimi qırıcıları Yəməndə məktəbi bombalamışdı və 50 –dən çox məktəbli həyatını itirmişdi. Sözdə insan haqları müdafiəçiləri olan Qərb ölkələri və bəzi beynəlxalq təşkilatlar bu cinayətlər qarşısında sükut edirlər.
Maide.az