İQNA xəbər verir ki, ölkədə ilk
belə təhsil müəssisəsi olan universitetdə yerli məscidlər üçün kadrlar
hazırlanacaq, İslam dini onu öyrənmək istəyənlərə akademik səviyyədə tədris
olunacaq.
Universitetin yaradıcısı Rəşid Butrabux bildirib ki, əsas məqsəd internetdə
yayılan zərərli dini təbliğata, ekstremist ideyalara qarşı mübarizə aparmaqdır.
İspaniya İslam Təşkilatları Federasiyası da bu ölkədə yaşayan müsəlmanların
dini təhsili üçün müəssisənin yaradılması ideyasını dəstəkləyir. Bir neçə aydan
sonra federasiyanın özünün də belə bir təhsil mərkəzi yaradacağı
planlaşdırılır.
İnterAz