IQNA

Dini Elmi Hövzənin ustadı və dini araşdırmaçı:

ƏRBƏİN ziyarəti nə üçün Əhl-Beyt (ə) tərəfindən imanın əlaməti sayılıb?

19:04 - November 20, 2016
Xəbər sayı: 3481016
Tehran, 20.11.2016- İmam Həsən Əskərinin (ə) hədisində Ərbəin ziyarəti və sağ ələ üzük taxmaq şiənin simvolu olduğu üçün möminin əlamətlərindən sayılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul- İslam vəl- müslimin Əli Şah Hüseyni – Elmi Dini Hövzənin ustadı və Hövzənin Hədis Elmləri üzrə araşdırmaçısı, İQNA ilə müsahibəsində bu gün ƏRBƏİN ziyarətinin dünyada şiəlik məktəbinin simvolu kimi tanınması məsələsinə işarə edərək dedi: Ərbəin ziyarətinin savabı barədə nəql edilən hədislər və həmçinin İmam Hüseyni (ə) ziyarət etməyə təşviq edən hədislər şiələrin hədis irsi toplularında gözəçarpacaq qədər çoxdur. Beləki çox az məsələlər barədə bizim qaynaqlarda bu qədər hədis nəql olunubdur. Bu mövzuda nəql olunan hədislərin sayı təkcə Şeyx Hürr Amulinin "Vəsailuş-şiə" kitabında 300-dən çoxdur.

Əli Şah Hüseyni əlavə etdi: İmam Hüseynin (ə) ziyarəti barədə nəql olunan hədislərin arasında ƏRBƏİN ziyarəti xüsusilə seçilir və relada da bu ziyarət artıq dünya şöhrətinə malikdir. Buna görə də şiəliyi və Əhl-Beyti (ə) bu ziyarət ilə dünyaya tanıtdırmaq olar.

Höccətul- İslam vəl- müslimin Əli Şah Hüseyni dedi: Ərbəin ziyarətini bir neçə cəhətdən araşdırmaq və dəyərləndirmək olar. Birincisi budur ki, bu ziyarət əsirlər karivanı ilə bağlıdır. İkincisi budur ki, ziyarətin ilk çöhrələri Cabir və Ətiyyə Ufi kimi böyük şəxsiyyətlərdir. Üçüncü və ən əhəmiyyətlisi budur ki, bu ziyarəti İmam Həsən Əskəri (ə) möminin əlamətlərindən sayıb. Və bu hədis Şeyx Müfidin "əl-Məzar", Şeyx Tusinin "Misbahul-mütəhəccid", İbn Məşhədinin "Məzarul-Kəbir" kitablarında nəql edilmişdir.

Höccətul- İslam vəl- müslimin Əli Şah Hüseyni – Elmi Dini Hövzənin ustadı və Hövzənin Hədis Elmləri üzrə araşdırmaçısı, Həzrət İmam Həsən Əskərinin möminin əlamətləri barədə buyurduğu hədis siyasi –ictimai baxımdan lazımınca və dəqiq təhlil edilməyib. Diqqət etmək lazımdır ki, bu hədisin deyiliş tərzi xüsusi bir tərzdir və Həzrət İmam Həsən Əskərinin (ə) hədisində Ərbəin ziyarəti və sağ ələ üzük taxmaq şiənin simvolu olduğu üçün möminin də əlamətləri sırasında sayılıb. İmam (ə) bu hədisdə şiənin simvolu olan sağ ələ üzük taxmağı və torpağa səcdə etməyi möminin əlamətlərindən sayaraq hədisdə şiəliyi qabardır. Və bir növ həqiqi möminin şiə olmasına işarə edir. Əhl-Sünnənin böyük təfsir alimi Ziməxşəri deyir: "Sol ələ üzük taxan və bunu özünün şüarı və simvolu edən ilk kəs Müaviyə ibn Əbu Süfyan olub".

O əlavə etdi: Buna görə də imamlarımız (ə) həmişə bu bidət ilə mübarizə edib və sağ ələ üzük taxmağı hədislərdə xüsusi vurğulayıblar.

Höccətul- İslam vəl- müslimin Əli Şah Hüseyni əlavə etdi: Hədisdə möminin əlamətləri kimi qeyd edilən torpağa səcdə, "bismillah"ı ucadan demək, sağ ələ üzük taxmaq və gündəlik əlli bir rəkət namaz qılmaq həmişə şiəliyin şüarı olub və müxaliflər bu şüarlara qarşı olublar. Məsələn Əhl-Sünnənin böyük təfsir alimi Fəxri Razi deyir ki, Bəni Üməyyə namazda "bismillah"ı astadan deməyi yaymağa başladılar ki, İmam Əlini (ə) xatirələrdən silsinlər. Buna görə də bu hədis də İmam Həsən Əskəri (ə) həqiq mömini şiəliyin əlamətləri ilə tanıtdırır və bu hədisə siyasi-ictimai bir çalar verir.

http://iqna.ir/fa/news/3546405


captcha