IQNA

Nyu-Yorkun göbəyində etirazçı yəmənlilərin camaat namazı

8:19 - February 04, 2017
Xəbər sayı: 3481312
Nyu-York şəhərində yaşayan yəmənlilər müsəlmanların ABŞ-a girişi qadağasına etiraz olaraq mağazalarını bağlayaraq etiraz aksiyaları keçirdilər və Bruklin rayonunda küçədə camaat namazı qıldılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Nyu-York şəhərində yaşayan yəmənlilər müsəlman mühacirlər həftənin Cüməaxşamı günü, günün ikinci yarısında Donlad Trampın ABŞ-a girişi qadağası qanununa etiraz əlaməti olaraq mağazalarını və restoranlarını bağladılar, etiraz aksiyaları keçirdilər və Bruklin rayonunda küçədə camaat namazı qıldılar.

Etiraz aksiyasına çağırış sosial şəbəkələr vasitəsilə həyata keçirilib və bunun ardınca Cüməaxşamı günü mindən çox mağaza müsəlmanofob layihəyə etiraz əlaməti olaraq işini dayandırıb.

Etirazda iştirak edən yəmənlilərdən biri mağazasını tətil etdikdən sonra dükanın qapısına yapışdırdığı elanda yazmışdı: "Mağaza tətildir, çünki ailə və uşaqlarım "JFK" hava limanında həbs ediliblər".

Aksiyada iştirak edənlər bildiriblər ki, biz küçələrə axışacayıq, hava limanlarında həbs olunan və digər ölkələrdə ilişib qalıb ABŞ-a dönə bilməyən qardaşlarımızın haqqını müdafiə edəcəyik. ABŞ-ın bu addımı ədalətli deyil.

ABŞ-ın yeni prezidenti Donlad Trampın İran, İraq, Suriya, Liviya, Yəmən, Sumali və Sudan vətəndaşlarının Amerikaya səfərinə 90 günlük qadağa qoyulması, suriyalı vətəndaşların ABŞ-da sığınacaq almasının qadağası və 120 gün ərzində heç kimə heç bir siyasi sığınacağın verilməməsi qanunu müxtəlif ictimai və beynəlxalq qrumlar tərəfindən məhkum edilib.

http://www.iqna.ir/fa/news/3569986


captcha