IQNA

İntizar hədisi...

Allah- Taala İmam Mehdinin (ə.f) düşmənlərinin zəlil edəcək

8:54 - April 10, 2017
Xəbər sayı: 3481521
"Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək". (Qəsəs/5)

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Quran ayələri və bu mübarək ayələrin təfsirində məsum imamlardan nəql edilən hədisi – şəfirlərə görə, Allah- Taala vədə vermişdir ki, yer üzünün bütün məzlumlarına ədalətli bir hakimin vasitəsi ilə zalimlərdən nicat verəcəkdir, zalimləri zəlil edəcək və məzlumlara izzət verəcəkdir.

Allah- Taala Quran- Kərimin mübarək Qəsəs surəsinin 5- ci ayəsində buyurur:

وَ نُريدُ أَنْ نَمُنَّ عَلَى الَّذينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَ نَجْعَلَهُمْ أَئِمَّةً وَ نَجْعَلَهُمُ الْوارِثينَ (القصص / 5)

"Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək".

في قولِهِ تعالى : «ونُريدُ أنْ نَمُنَّ على الّذينَ اسْتُضْعِفُوا...»: «هُم آلُ محمّدٍ، يَبعَثُ اللّهُ مَهدِيَّهُم بَعد جَهدِهِم، فَيُعِزُّهُم ويُذِلُّ عَدُوَّهُم.»

Möminlərin mövlası Həzrət İmam Əli ibn Əbi Talib (ə) bu ayət- şərifin təfsirin buyurur: Onlar (o zəif salınmışlar və zülm olunmuşlar) Ali- Məhəmmədin (Əhl- Beyt) müstəzəfləridirlər. Allah- Taala onları bir sıra çətinliklərdən və əziyyətlərdən sonra İmam Mehdinin (ə) vasitəsi ilə xilas edəcək. Mehdini (ə.f) onlar üçün göndərəcək və onlara izzət verəcəkdir və düşmənlərini zəlil edəcəkdir".

Əllamə Məclisi, "Biharul- Ənvar", c. 2, s. 380.


Teqlər: iqna ، zühur ، zühur əsri ، imam mehdi
captcha