IQNA

Qəzza əhalisi üçün Həcc yolu hələ də bağlıdır

11:00 - May 31, 2017
Xəbər sayı: 3481712
Ardıcıl olaraq artıq 3 ildir ki, Qəzzada yaşayan fələstinlilər Həcc ziyarətini yerinə yetirə bilmir.

Qəzza əhalisi üçün Həcc yolu hələ də bağlıdır

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Qəzza zolağı sionist İsrail rejimi tərəfindən mühasirədə saxlanılması və Rafah sərhəd-nəzarət məntəqəsinin bağlı olmasına görə 3 ildir ki, Qəzza əhalisinə "Həcc” və "Ümrə” ziyarəti qadağan edilib.

Sionist rejimin istəyi ilə Misir hökuməti Rafah keçidini bağlı saxlayır. Rəsmi Qahirənin Rafah keçidini açması üçün beynəlxalq insan haqları təşkilatlarının çağırışları cavabsız qalıb.

Teqlər: qəzza ، iqna ، məscid ، İslam ، sionist rejim
captcha