IQNA

Fransada müsəlmanlara qarşı terror: Məsciddən çıxanlar atəşə tutuldu

14:25 - July 03, 2017
Xəbər sayı: 3481826
Verilən son məlumatlara əsasən, Fransanın Avinyon kommunasında yerləşən məscidin yaxınlığında silahlı insident baş verib.

Fransada müsəlmanlara qarşı terror: Məsciddən çıxanlar atəşə tutuldu

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Fransanın Avinyon kommunasında yerləşən məscidin yaxınlığında silahlı insident baş verib.

Bildirilir ki, tüfəng və tapanca ilə silahlanmış 2 cani hadisə yerinə avtomobillə gələrək, məscidi tərk edən insanlara atəş açıblar.

Atışma nəticəsində azı 8 nəfər xəsarət alıb. Yaralılar arasında 7 yaşlı uşaq da var. Hücum edən şəxslər cinayət yerini tərk edə biliblər.

Polis hadisəni terror aktı kimi dəyərləndirir. Ehtimal edilir ki, hücuma səbəb gənc insanların arasındakı münaqişə olub.

Teqlər: quran ، iqna ، fransa ، müsəlman ، İslam ، məscid
captcha