IQNA

Hacıların sayı 1 milyon 400 min nəfəri keçdi

6:36 - August 26, 2017
Xəbər sayı: 3482032
Ərəbistanın Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin son açıqlamasına görə, bu il Vəhy diyarına gələn hacıların sayı 1 milyon 400 min nəfəri keçdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın "ən-Nəhar" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ərəbistanın Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin həftənin cüməaxşamı günü, 2017-ci ilin Avqust ayının 24-də verdiyi son açıqlamasına görə, bu il Səudiyyə Ərəbistanına Təməttö Həccinin ayinlərini icra etmək üçün müxtəlif ölkələrdən gələn hacıların sayı 1 milyon 400 min nəfəri keçdi.

Bu hesabata görə, zairlərin böyük əksəriyyəti hava yolları ilə Vəhy torpaqlarına qədəm qoyublar, belə ki, indiyədək 1,313,946 nəfər hava yolları ilə, 79501 nəfər quru yolu ilə və 12477 nəfər isə dəniz yolu ilə özlərini müqəddəs torpaqlara yetiriblər.

Ərəbistanın Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bildirdiyinə görö, bu il bu tarixədək Ərəbistana gələn hacıların sayı keçən ilki oxşar vaxtla müqayisədə 350531 nəfər çoxdur.

Ehtimal olunur ki, bu il Təməttö Həcci zamanı müqəddəs torpaqlara gələrək Həcc ayinlərini yerinə yetirənlərin sayı 2 milyon nəfəri keçəcəkdir. Halbuki Səudiyyə Ərəbistanının məsul şəxslərinin verdiyi hesabata görə, keçən il Həcc mərasimində 1 milyon 800 min nəfər hacı iştirak edib.

http://www.iqna.ir/fa/news/3634254


captcha