Bölgədə müharibəni alovlandırmaq istəyirlər
Ayətullah Xamenei çıxışının davamında bildirib ki, bu gün İslami ümmətinin və Peyğəmbərin yolunun qarşısında sıraya düzülən şəxslər və düşmənlər: ABŞ, dünya hegemonları, sionist rejim, İslam ümmətinin arasındakı mürtəcelər və şəhvətpərəstlər; hamısı sıraya düzülüb. “Bu günün fironu ABŞ, sionist rejim və onların regiondakı ardıcıllarıdır ki, bölgədə müharibəni alovlandırmaq istəyirlər.Bu ABŞ-ın planıdır. ABŞ rəsmiləri özləri etiraf edib ki, regionda müharibəni alovlondurmalıyıq. Ona görə ki, sionist rejimin təhlükəsizliyi təmin olunsun. Təssüflər olsun ki, bu gün regionda bəzi hökmdarlar və elitalar var ki, ABŞ-ın sazı ilə oynayır. ABŞ İslam əleyhinə hər nə istəsə yerinə yetirir”.
Ayətullah Xamenei qeyd edib ki, bizim müsəlman xalqlarla heç bir ixtilafımız yoxdur. “Biz vəhdət tərəfdarıyıq. Lakin bizim vəhdət istəyimizin qarşısında bəziləri var ki, müharibə tərəfdarıdır və siyasətlərini müharibə yaratmaq təşkil edir. Biz onlara nəsihət veririk; Bizim dilimiz nəsihət və öyüd dilidir. Bizim tərzimiz nəsihət verməkdir. Regionun bəzi ölkələrinin gördüyü işlərin sonu necəki Quranda da bildirilir özlərinin məhvidir.”
Məzhəb müharibəsi baş verməyəcək
Ayətullah Xamenei bildirib ki, İslam ümmətinin düşmənləri xam xəyallara dalaraq regionda bu gərginlikləri yaradıb ki, məzhəb müharibəsi yaratsın. “Lakin Allah onların ağzına vurdu və məzhəb müharibəsi baş vermədi və baş verməyəcək. Biz düşməni razısalanlar qarşısında müqavimət göstərdik, Allaha şükürlər olsun ki, qələbə qazandıq. İŞİD heç məzhəb müharibəsidə aparmırdı, onların sünnilərdən öldürdüklərinin sayı, şiələrdən daha çox idi. Bizim onlara qarşı mübarizəmiz, zülmə qarşı mübarizə idi. İnsanları odda yandıran, dərilərini soyan, siyasi, cinsi pozğunluqlar həyata keçirənlərlə mübarizə idi.