IQNA

ABŞ-da müsəlmanların sayı iki dəfə artacaq

9:20 - January 05, 2018
Xəbər sayı: 3482594
2050-ci ilədək ABŞ-da müsəlmanların sayı iki dəfə artacaq. Bunu Pew Tədqiqat İnstitutu ötən gün yayımladığı hesabatda bildirib.

ABŞ-da müsəlmanların sayı iki dəfə artacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2050-ci ilədək ABŞ-da müsəlmanların sayı  iki dəfə artacaq.  Bunu Pew Tədqiqat İnstitutu ötən gün yayımladığı hesabatda bildirib. 

Bu hesabatda deyilir ki,  2050-ci ilədək ABŞ-da müsəlmanların sayı 8 milyon nəfərdən çox olacaq. Bu rəqəm  ölkə vətəndaşlarının  ümumi sayının 2, 1 faizini təşkil edir. 
 
2017-ci ilin statistikasına görə,  hazırda ABŞ-da  3 milyon  müsəlman yaşayır ki, ölkə əhalisinin 1,1 faizini təşkil edir. Araşdırmalara görə,  2040-cı ildə ABŞ-da müsəlmanların sayı yəhudilərin sayından çox olacaq.  
 
Amerikada əhalinin siyahıya alınması zamanı insanlardan onların din və məzhəbi haqqında sorğu sorulmadığı üçün  bu ölkədə yaşayan müsəlmanların sayını təxmin etmək çətindir. Çünki heç bir rəsmi sənəd yoxdur.  
 
PEW Tədqiqat İnstitutu bu statistikanı ABŞ-da yaşayan müsəlmanların demoqrafiya, doğum nisbəti və miqrant sayının qiymətləndirilməsi ilə təxmin edir. 
captcha