IQNA

Almaniyada keçiriləcək Avropa Quran yarışlarına iranlı qari hakimlik edəcək

8:39 - February 27, 2018
Xəbər sayı: 3482840
İran İslam Respublikasının beynəlxalq dərəcəli Quran qarisi və hakimi Rəhim Xaki Almaniyanın Hamburq şəhərində keçiriləcək Avropa Quran yarışlarına hakimlik edəcək.

Almaniyada keçiriləcək Avropa Quran yarışlarına iranlı qari hakimlik edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzinin informasiya bürosuna istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının beynəlxalq dərəcəli Quran qarisi və Quran yarışları hakimi Rəhim Xaki Almaniyanın Hamburq şəhərində keçiriləcək Avropa Quran yarışlarına hakimlik edəcək.

Avropa Qurani-Kərim yarışları cari həftənin Cümə günü, Mart ayının 2-də Hamburqun İslam Mərkəzində başlayacaqdır.

İran İslam Respublikasının İdman və Cavanlar Nazirliyinin Quran məsələləri üzrə müşaviri, Quran bacarığı və texnologiyanın inkişafı mərkəzinin rəisi və  beynəlxalq dərəcəli Quran qarisi və hakimi Rəhim Xaki bu yarışların hakimlər heyətinə qoşulmaq üçün Almaniyaya yola düşüb.

Qeyd edək ki, Avropa Qurani-Kərim yarışlarının 6-cı turu azan, hifz və qiraət üzrə Mart ayının 2, 3 və 4-də keçiriləcəkdir. Yarışlarda Avropa ölkələrindən xanımlar və bəylər iştirak edəcəklər.

http://iqna.ir/fa/news/3694544

رحیم خاکی؛ داور مسابقات اروپایی قرآن در آلمان

 

captcha