İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın təhlükəsizlik qüvvələri Samerra şəhərində İŞİD terrorist ünsürlərindən olan və “qazi” (məhkəmə hakimi) adı ilə tanınan vəhabini həbs etdiyi barədə məlumat yayımlayıb.
İraqın “əl-yəvm əs-sabe” xəbər və informasiya agentliyinin yaydığı bu məlumatda deyilir ki, İraq daxili işlər nazirliyi təhlükəsizlik qüvvələrinin “İŞİD qazisi” adlanan şəxsi ələ keçirdiyini təsdiqləyib.
Təhlükəsizlik və polis qüvvələri bu şəxsin Samerra şəhərinin “əl-xəzra” adlanan rayonunda həbs edildiyini bildiriblər.
İraq daxili işlər nazirliyinin verdiyi məlumatda deyilir ki, bu şəxs 2007-ci ildən öz evini Əl-Qaidə terror təşkilatının qərargahına çevirib və o zamandan ilzəmədə imiş.
Qeyd edək ki, bir neçə aydır ki, İraqın bütün regionları İŞİD terrorçularından azad edilmiş və onların kontrolundan çıxarılmışdır.