IQNA

Qurani-Kərimdən ayələrin silinməsini istədi

9:38 - April 29, 2018
Xəbər sayı: 3483094
Əlcəzayirin Vəhran şəhərinin dövlət rəsmilərindən biri bu ölkənin ibtidai siniflər üçün dərslik kitablarından Qurani-Kərimin "tövhid" surəsinin çıxarılmasını tələb edib.

Qurani-Kərimdən ayələrin silinməsini istədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin Vəhran şəhərinin dövlət rəsmilərindən biri bu ölkənin ibtidai siniflər üçün dərslik kitablarından Qurani-Kərimin "tövhid" surəsinin çıxarılmasını tələb edib.

əş-Şüruq xəbər və informasiya portalının yaydığı məlumatda deyilir: Əlcəzayirin Vəhran şəhərinin "antopologiya üzrə mədəni və ictimai araşdırmalar mərkəzi"nin direktoru Cilali Məsari ölkənin ibtidai siniflər üçün dərslik kitablarından Qurani-Kərimin "tövhid" surəsinin və həmçinin "dətəmaz"ın hökmləri dərslərinin çıxarılmasını istəyib.

O, bu tələbinin izahında deyib: Tövhid surəsini hifz etmək və əzbərləmək asan olsa da, şagirdlər bu surənin mənasını dərk etmirlər.

Əlcəzayirin dövlət təhsil müəssisələrində İslam maarifi mövzusunda tədrislə bağlı toplantıda çıxış edən "antopologiya üzrə mədəni və ictimai araşdırmalar mərkəzi"nin direktoru Cilali Məsari "dətəmaz" dərsinin çıxarılması barədə istəyini bu dərsin azyaşlı uşaqlar üçün çətin olması ilə izah edib.

Əlcəzayirin "Milli Müsəlman Alimlər Birliyi"nin üvzü Şeyx İbn Hənəfiyyə Abidin bu məsələyə etitazını bildirərək elan edib: Qurani-Kərim dərsliyindən hansısa surənin, o cümlədən Tövhid surəsinin çıxarılmasını istəyənlər İslam dininin əsas prinsiplərinə zərbə vurmaq istəyirlər. Bizim uşaqlarımız 6 yaşından öncə Qurani-Kərimin bir çox cüzlərini əzbərləyirlər və "Tövhid" surəsinin hifz və dərk edilməsini çətin hesab edənlər cahildirlər.

Qeyd edək ki, bundan öncə də Fransanın keçmiş prezidenti Nikola Sarkozi və digərləri yəhudiləri müdafiə fonunda demişdilər ki, Qurani-Kərimdən kafirləri, yəhudi və xristianları öldürməyə və cəzalandırmağa dəvət edən ayə və surələri silmək lazımdır.

http://iqna.ir/fa/news/3709716

 

captcha