İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Taylandda yaşayan müsəlmanlar rəsmi mərasim keçirərək təsis etdikləri yeni siyasi partiyanı elan ediblər.
Taylanda müsəlmanlar ziyalılar, elit təbəqə və siyasi nüfuzlularının kolasiyasını yaradaraq yeni partiya təsis ediblər. “Praçaçat” (Prachacahat) adlanan bu partiyanın təqdimatı mərasimində 500 üzv iştirak edib. Mərasimdə Van Muhammad Noor Matha partiyanın rəhbəri vəzifəsinə seçilib.
Partiyanın baş qərargahı elan edib ki, bu partiya təkcə siyasi hizb deyil, təkcə müsəlmanlara aid deyil və bütün tayfa, din və məzhəblərdən olan vətəndaşlar partiyada üzv ola bilərlər.
http://iqna.ir/fa/news/3743843