İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Şənbə günü, 15 Sentyabr 2018-ci il, Əhli-Sünnə koalisiyasının nümayəndəsi Məhəmməd əl-Həlbusi 167 səslə İraqın Milli Məclisinin rəisi seçildi.
Parlamentdə rəislik kürsüsü üçün səsvermə başlamamışdan öncə “Sairun”, “Vətəniyyə”, Qərar” və Kürdüstanın “Demokrat” partiyalarının üzvləri iclası tərk ediblər.
Adları çəkilən partiya nümayəndələri salondan çıxdıqdan sonra keçirilən səsvermədə əhli-sünnə koalisiyasının nümayəndəsi Məhəmməd əl-Həlbusi 167 səslə parlamentə rəis seçilib.
İraq parlamenti öz ilk iclasını da dünən Məhəmməd əl-Həlbusinin rəhbərliyi ilə keçirib.
Qeyd edək ki, Məhəmməd Həlbusi bundan öncə “əl-Ənbar” əyalətinin meri işləyib və “əl-Bənna” koalisiyası onu dəstəkləyir.