İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) vediyi xəbərə görə, Səudiyyə Ərəbistandan olan bir siyasi fəal Səudiyyə ordusundan 60 zabitin Yəmən müharibəsində iştirak etməkdən imtina ediyini və istefa verdiyini deyib.
Səudiyyə ordusundan 60 zabit Yəmən müharibəsinə qoşulmağıgünah hesab edərək, müharibədə iştirak etməkdən imtina edib və istefa etdiklərini bildiriblər.
Xəbəri “Twitter” səhifəsində paylaşan Müctəhid adlı bu fəal, həmin zabitlərin istefa etməsinin Səudiyyə rejiminin "Müharibə cinayətkarı” siyahısına salınmasında təsirli ola biləcəyini də deyib.
Müctəhid adlı bu şəxs, vəliəhd İbn Salmanın bu itefanı qəbul etmədiyini, hətta bu istefanı bir cinayət hesab etdiyini də vurğulayıb.
Qeyd edək ki, Səudiyyə rejiminin rəhbərliyindəki koalisiya qüvvələrinin 2015-in martından bu yana Yəmənə etdikləri təcavüz nəticəsində bu yana ən az 14 min vətəndaş ölüb, onminlərlə insan yaralanıb, yaralanıb, milyonlarla Yəmənli evindən və mülkündən olub.