IQNA

Yaponiya şirkəti Sinqapurda halal standartlara uyğun restoran açıb

10:15 - November 28, 2018
Xəbər sayı: 3484249
Yaponiyanın Kortkus Kurp şirkəti Sinqapurda açdığı restoranda Yaponiya və Sinqapur mətbəxindən yeməkləri halal standartlara uyğun müştərilərə təqdim edəcək.
Yaponiya şirkəti Sinqapurda halal standartlara uyğun restoran açıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentli) verdiyi xəbərə görə, Yaponiya  şirkəti Sinqapurda halal standartlara uyğun  restoran açıb. 
Maide.Az “thejakartapost” istinadla bildirir ki, Yaponiyanın Kortkus Kurp şirkəti Sinqapurda açdığı restoranda  Yaponiya və Sinqapur  mətbəxindən yeməkləri halal standartlara uyğun müştərilərə təqdim edəcək. 
Tokyoda yerləşən Yaponiya şirkətinin restoranında təqribən 10 növ Asiya mətbəxindən yeməklər təqdim olunacaq.   
Halal olaraq təyin olunan məhsullar bazarı dünya səviyyəsində böyüyür. Halal qida sektorundakı mütəxəssislərin məlumatlara görə, 2015-ci  ildə 1,173 milyard dollar olan halal bazarının 2021-ci ildə1,914 milyard dollara çatacaq.
Qeyd edək ki, dünya turizm xərclərinin 10 faizini müsəlman turistlər reallaşdırır. Hesablamalara görə, bu gün müsəlman turistlərin sayı 108 milyondur və 2020-ci ildə bu rəqəm 150 milyondan çox olacaq.
Teqlər: iqna ، yaponiya ، halal qida
captcha