IQNA

Amerika konqresinin müsəlmanları Qurana and içəcəklər

9:37 - December 22, 2018
Xəbər sayı: 3484397
Amerika konqersinə yeni seçilmiş iki müsəlman xanım – Rəşidə Talib və İlhan Ömər andiçmə mərasimində Qurani-Kərimə and içəcəklər.

Amerika konqresinin müsəlmanları Qurana and içəcəklərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika konqersinə yeni seçilmiş iki müsəlman xanım – Rəşidə Tlaib və İlhan Ömər andiçmə mərasimində Qurani-Kərimə and içəcəklər.

Konqresə seçilmiş müsəlman xanımlardan biri Rəşidə Tlaib deyib ki, gələn ilin Yanvar ayının 3-də Qurani-Kərimə and içərək işinə başlayacaqdır.

Rəşidə Tlaib andiçmə mərasimində 1734-cü ildə İngilis dilinə "George Sale" tərəfindən tərcümə edilmiş Quran nüsxəsinə and içəcəyini deyib. Bu iki cildlik tərcümə Quran Amerika konqersinin kitabxanasında mövcuddur.

Bu barədə öz hislərini bölüşən Rəşidə Tlaib əlavə edib: Bu mənim üçün çox mühüm bir hadisədir. Çünki amerikalıların bir çoxu elə fikirləşirlər ki, İslam bu ölkənin tarixində özgə bir dindir. Amma Qurani-Kərimin bu tərcüməsi göstərir ki, müsəlmanlar Amerika yarandığı gündən elə burada yaşayıblar.

O, andiçmə mərasimindən sonra təndiqlərin olacağını da istisna etməyib. Çünki 12 il öncə Keith Ellison da ilk dəfə konqresdə Qurana and içdikdən sonra bəziləri bu işi tənqid edərək konqresdə təkcə İncilə and içilməsini münasib hesab etmişdilər.  

http://iqna.ir/fa/news/3774292  

Teqlər: iqna ، quran ، abş ، konqres ، andiçmə mərasimi
captcha