IQNA

İslam Almaniyaya aiddir və müsəlmanlar Avropa tarixində rolu

0:41 - December 26, 2018
Xəbər sayı: 3484420
Almaniyada yaşayan Türkiyə əsilli alim, araşdırmaçı və İslamşünas Dr. Yavuz Özoğuz "İslam Almaniyaya aiddi" adlı kitabını 141 səhifədə çap və nəşr edib.

İslam Almaniyaya aiddir və müsəlmanlar Avropa tarixində roluİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyada yaşayan Türkiyə əsilli alim, araşdırmaçı və İslamşünas Dr. Yavuz Özoğuz "İslam Almaniyaya aiddi" adlı kitabını 141 səhifədə çap və nəşr edib.

Bu barədə İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzinin həftəlik bülleteninin 403-cü sayında məlumat verilib.

Almaniyada yaşayan Türkiyə əsilli alim, araşdırmaçı və İslamşünas Dr. Yavuz Özoğuz uzun illər Almaniya və Avstriyanın müxtəlif şəhərlərinə elmi səfələr etdikdən sonra bu kitabı qələmə almışdır.

O, bu ölkələrin müxtəlif şəhərlərində müsəlmanlar yaşayan regionları gəzmiş, tarixi və dini məkanlardan fotolar hazırlamışdır.

Dr. Yavuz Özoğuz bu səfərlərdə eldə etdiyi məlumatları Almaniyada çap və nəşr edilən İslam Ensiklopediyasında çap və nəşr etdirmişdir. "İslam Almaniyaya aiddir" kitabı da həmin səfərlərin nəticəsidir.

O inanır ki, İslam dini Almaniya və Avstriya tarixinin bir hissəsidir. Müsəlmanlar keçmiş əsrlərdə bu ölkələrinin şer, ədəbiyyat, incəsənət, fəlsəfə və mədəniyyətində, hətta kilsə və məqbərələrin tikilməsində böyük təsirə malik olublar. Hər iki ölkənin muzeylərində və tarixi binlarında müsəlmanlara aid əsərlər aşkar görünür.

Almaniyada yaşayan Türkiyə əsilli alim, araşdırmaçı və İslamşünas Dr. Yavuz Özoğuz bu kitabda müsəlmanların Almaniya və Avstriya tarixindəki izlərini çox maraqlı fotolarla müxatəblərinə göstərib.

http://iqna.ir/fa/news/3775663

Teqlər: iqna ، İslam ، avropa ، almaniya
captcha