IQNA

İsrail rejimi 19 jurnalisti həbs edib

8:37 - January 01, 2019
Xəbər sayı: 3484454
FMD 19 jurnalistin İsrailin həbsxanalarında saxlanıldığına işarə edərək vurğulayıb: Sionist İsrail rejiminin təhlükəsizlik qüvvələri fələstinli jurnalistlərin hüquqlarını pozur və onlara zülm edirlər.

İsrail rejimi 19 jurnalisti həbs edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı sionist rejimi İsrailin həbsxanalarında 19 jurnalist saxlanılır. Bu barədə Fələstinin Media Departmenti məlumat yayıb.

Fələstinin Media Departmenti dünən, həftənin birinci günü, 31 Dekabr 2018-ci il, 19 jurnalistin işğalçı sionist rejimi İsrailin həbsxanalarında saxlanıldığına işarə edərək vurğulayıb: Sionist İsrail rejiminin təhlükəsizlik qüvvələri fələstinli jurnalistlərin hüquqlarını pozur və onlara zülm edirlər. Onların barəsində heç bir cinayət ittihamı və ya mühakimə olmadan onların həbs müddətlərinin ardıcıl olaraq artırırlar. Onların barəsində hərbi məhkəmələrdə qeyri-məntiqi hökmlər çıxarır, onları ev dustağı və ya sürgün edirlər. Onların əmlkanı müsadirə edir və ya onlardan kompensasiya alırlar. Jurnalistlərin xəstə və yaralı olanlara təbbi xidmətlər göstərmirlər.

Bəyaniyyədə vurğulanır: Bu həbslər və işkəncələr jurnalistləri sıxışdırmaq, təzyiq altında saxlamaq və onların azadlıq hüquqlarını almaq üçündür. Halbuki bu məsələ beynəlxalq qanunlara və jurnalistlərin söz və iş azadlığına ziddir.  

Fələstinin Media Departmenti Beynəlxalq Jurnalistlər Birliyi, Sərhədsiz Reportyorlar Təşkilatı və bu sahədə fəaliyyət göstərən bütün qrumlardan istəyib ki, Fələstinli jurnalistləri İsrail həbsxanalarından azad etmək üçün lazım olan addımları atsınlar.

http://iqna.ir/fa/news/3777412

captcha