İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın Nant universitetinin ustadı John Tolan qələmə aldığı "Avropalı Məhəmməd (s); Peyğəmbərin (s) qərbdə tanıdılması tarixçəsi" adlı kitabda İslam dini və peyğəmbərinin (s) qərb ölkələrindən tanıdılması tarixi barədə yazmışdır.
Fransanın Abdlin Michel nəşriyyatı professor John Tolanın İngilis dilində yazdığı kitabın Fransızca tərcüməsini 2018-ci ilin Sentyabr ayında 400 səhifədə çap edib. Kitabı Fransız dilinə Cisile Deniard tərcümə edib.
İran İslam Respublikasının Parisdəki Mədəniyyət Əlaqələri İdarəsi kitabda barədə yazır: Müəllif kitabda İslam və Həzrət Məhəmmədin (s) qərb ölkələrində tanınmasının tarixçəsini miladın 12-ci əsrindən müasir dövrədək təsvir etmişdir. İslam və Peyğəmbər (s) barəsindəki fərqli görüş və bir-birinə zidd fikirlər barədə yazmışdır.
Müəllif 9 fəsldə İslam ayinlərini və Peyğəmbərin (s) sünnəsini açıqlamış və bu ayin və sünnənin qeyri-müsəlman alimləri tərəfindən qərb ölkələri xalqlarına necə təqdim edilməsi barədə danışmışdır.
Qərb ölkələrində İslamofobların anti-islam səylərinə baxmayaraq Peyğəmbərin (s) islahatçı mübariz və pütpərəstlik əleyhinə vuruşan biri kimi təqdim edilməsi müəllif tərəfindən qabardılır və eyni halda müxaliflər tərəfindən onun anti-kilsə şəxsiyyət kimi təqdim edilməsini də vurğulayır.
Müəllif kitabın bir hissəsini də İslam peyğəmbərini (s) tərifləyən qərbli şəxsiyyətlərə ayırmışdır.
Qeyd edək ki, müəllifin bundan öncə "İslam tarixi, müsəlmanlar və Fransa" (2017), "Sara kimi qadınlar" (2003) və "Sultan yanında müqəddəslik" (2007) alı kitabları da çap və nəşr edilmişdir.
http://iqna.ir/fa/news/3784733