IQNA

Dəməşqdə İslam Dünyası Alimlərinin Toplantısı başlayır

7:53 - January 30, 2019
Xəbər sayı: 3484603
Bu gün Suriyanın paytaxtı Dəməşqdə İslam Dünyası Alimlərinin Toplantısı "Alimlərin vətənsevərlik məfhumunun həqiqiləşdirilməsində rolu" devizi ilə şəhərin EBLA hotelində öz işinə başlayır.

Dəməşqdə İslam Dünyası Alimlərinin Toplantısı başlayırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  bu gün, həftənin üçüncü günü, 30 Yanvar 2019-cu il, Suriyanın paytaxtı Dəməşqdə İslam Dünyası Alimlərinin Toplantısı "Alimlərin vətənsevərlik məfhumunun həqiqiləşdirilməsində rolu" devizi ilə şəhərin EBLA hotelində öz işinə başlayır.

Sünni və şiə alimlərin iştirakı ilə keçirilən toplantının açılış mərasimində Quran qiraətini İslam dünyasının məşhur qarisi və "ibtihal"çısı suriyalı Şeyx Səlim İqad icra edəcək.

Toplantının açılış mərasimində İran İslam İnqilabının ali məqamlı rəhbəri həzrət Ayətullah Üzma Xameneinin rəsmi nümayəndəsi Ayətullah Seyid Əbulfəzl Əşkurəzi, Suriyanın Dini Donflar Naziri Şeyx Məhəmməd Əbdüssəttar əs-Seyyid, İslami Məzhəblərin Yaxınlaşdırılması Təşkilatının rəisi Ayətullah Möhsin Əraki və Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) nümayəndəsi Şeyx Əkrəm Bərəkat çıxış edəcəklər.

Suriyanın paytaxtı Dəməşqdə İslam Dünyası Alimlərinin iştirakı  və "Alimlərin vətənsevərlik məfhumunun həqiqiləşdirilməsində rolu" devizi ilə keçirilən toplantıda Şam Alimləri Birliyinin rəisi Şeyx Məhəmməd Tövfiq əl-Buti, Livan Əhli-Sünnə Alimləri Birliyinin nümayəndəsi Şeyx Zəhir əl-Cəid, İran İslam Respublikasının Suriyadakı səfiri Məhəmmədcavab Türkabadi, İran İslam İnqilabının ali məqamlı rəhbərinin İraqdakı nümayəndəsi Ayətullah Seyid Müctəba Hüseyni və digərləri çıxış edəcəklər.

Toplantı çərçivəsində Şeyx Nəbil Həblavi və Şeyx Ədnan Əfyuninin rəhbərliyi ilə iki elmi iclas da təşkil olunacaqdır. İclasda İslam ölkələri alimləri, dini, ictimai və siyasi təşkilatların nümayəndələri müxtəlif mövzularda müzakirə edəcəklər.   

http://iqna.ir/fa/news/3785673

Dəməşqdə İslam Dünyası Alimlərinin Toplantısı başlayır

captcha