İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransa Suriyada döyüşməkdə və İŞİD-də üzv olduqlarına görə ittiham olunmuş 130 nəfəri Parisə qaytarmaq istəyir.
Bu barədə Fransa xəbər qaynaqları dünən, həftənin ikinci günü, 29 Yanvar 2019-cu il, məlumat yayıblar. Məlumatda deyilir ki, Fransa dövləti Suriyada döyüşməkdə və İŞİD-ə üzv olmaqda ittiham edilən yüz otuz nəfəri ölkəyə qaytarmağa çalışır.
Xəbər qaynaqlarının məlumatına əsasən, Fransa İŞİD üzvlərini gələn həftələr ərzində hava yolları vasitəsi ilə Parisə qaytaracaq. Müttəhimlər məhkəmə vaxtına qədər həbsdə saxlanılacaqlar.
Fransın 2017-ci ilin 20 Mart ayında yaydığı rəsmi hesabata görə, Fransa vətəndaşı olan 700 nəfər Suriya və İraqda İŞİD terrorçularının tərkibində döyüşüblər. Onların 300 nəfəri qadın olub. http://iqna.ir/fa/news/3785720