İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Belarusiyanın milli kitabxanasında İncilin Belarus dilində nadir və unikal əlyazma nüsxəsi sərgiyə çıxarılıb.
Xristianların (məsihi) müqəddəs kitabının (İncil) əlyazma tərcüməsi Belarusiyalı məşhur şair və yazar Yakub Kulasın kiçik qardaşı Antus Qalinanın (Mixas Mitskoviçin) əsəridir.
Həmin nüsxəni Yakub Kulasın nəvəsi Mariya Mitskoviç qoruyub saxlamışdır. Sərgi mərasimində xanım Mariya Mitskoviç əlində olan digər əsərləri kitabnaxaya hədiyyə edib.
Qeyd edək ki, Mixas Mitskoviç Belarusiyanın mədəniyyət əlaqələri işçisi, yazar, müəllim, mütərcim və jurnalist olmuşdur. O, 60-cı illərdə Amerikada yaşadığı zaman İncili slavakiya dilindən Belarus dilinə tərcümə etmişdir.