IQNA

Dubayda Quran parkının rəsmi açılışı keçirildi

23:10 - March 30, 2019
Xəbər sayı: 3484905
BƏƏ-nin Dubay şəhərinin Əlxəvanic qəsəbəsində yerləşən Quran Parkı rəsmi şəkildə fəaliyyətə başlaması üçün dünən, həftənin Cümə günü Dubayın şəhər bələdədiyyəsi tərəfindən açılış mərasimi keçirilib.

Dubayda Quran parkının rəsmi açılışı keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin Əlxəvanic qəsəbəsində yerləşən Quran Parkı rəsmi şəkildə fəaliyyətə başlaması üçün dünən, həftənin Cümə günü, 29 Mart 2019-cu il, Dubayın şəhər bələdədiyyəsi tərəfindən açılış mərasimi keçirilib.

Dubayın Quran Parkı bundan öncə qeyri-rəsmi olaraq sınaq mərhələsində fəaliyyət göstərirdi.

Dubay bələdiyyəsi öz rəsmi sosial şəbəkə səhifəsi üzərindən vətəndaşları Quran Parkına pulsuz tamaşaya dəvət edib.

Quran Parkı İslam dini və müsəlmanların müxtəlif elmi sahələrdəki nailiyyətlərini park muzeyi formasında tanıtdırır.

Bu parkda əsasən Qurani-Kərimdə adı keçən bitkilərin tibbi faydalarını və istifadə qaydalarını sərgiləyən köşklər qurulub.

Quran Parkının sahəsi 60 hektardır. Bu park turizm baxımından da dünyanın müxtəlif ölkələrindən olan turistlər üçün də çox maraqlı olacaqdır.

Quran parkında nar, incir, zeytun, ədəs, sarımsaq, soğan, üzüm, zəncəbil, buğda, qarpız, qarğıdalı, hind xurması, boranı, reyhan, xiyar və banan və digər bitki növlərinin faydaları və istifadə qaydaları barədə məlumat lövhələri yerləşdirilib.     

http://iqna.ir/fa/news/3800363

captcha