IQNA

Şimali Amerikada Ramazan ayının ilk günü elan edildi

23:38 - April 21, 2019
Xəbər sayı: 3485023
Şimali Amerikanın "İslam Fiqhi Şurası" elan edib ki, astronomik hesablamalara görə, Şimali Amerikada mübarək Ramazan ayının ilk günü həftənin birinci gününə, May ayının 6-sına təsadüf edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şimali Amerikanın "İslam Fiqhi Şurası" (FCNA = FIQH COUNCIL OF NORTH AMERICA) 2019-cu ilin mübarək Ramazan ayının başlanğıcı və ilk gününü elan edib.  

Şimali Amerikanın "İslam Fiqhi Şurası" elan edib ki, astronomik hesablamalara görə, Şimali Amerikada mübarək Ramazan ayının ilk günü həftənin birinci gününə, May ayının 6-sına təsadüf edəcəkdir.

Şimali Amerikanın "İslam Fiqhi Şurası" bəyaniyyəsində deyilir: Ramazan ayının hilal May ayının 5-də qürub vaxtı görünəcəkdir. May ayının altısı isə 1440-cı ilin Ramazan ayının ilk günü olacaqdır.

Qeyd edək ki, Şimali Amerikanın "İslam Fiqhi Şurası" şəri fətvalarında Avropanın Fətva və Araşdırmalar Şurasının (European Council of Fatwa and Research) meyarlarını əsas götürür.   

http://iqna.ir/fa/news/3805171/

captcha