İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alittihad" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcə şəhərində keçirilən "İslam Sivlizasiyası və Mədəniyyəti Sərgisi"ndə tarixi min il öncəyə qayıdan qədim əlyazma Qurani-Kərim nüsxəsindən bir səhifə nümayiş olunub.
Qədim tarixə malik bu Quran nüsxəsi Kufi xətti və qızıl suyu ilə mavi bir dərinin üzərinə yazılmışdır.
Nüsxəşünaslıq mütəxəssislərinin rəyinə görə, bu Quran nüsxəsi Tunisin Qeyrəvan şəhərində yazılıb. Çünki nüsxənin yazıldığı mavi dəri məhz bu şəhərdə geniş yayılmış yazı ləvazimatından olmuşdur.
Şarcənin "İslam Sivlizasiyası Muzeyi"nin müdiri İntisar Übeydəli bu barədə deyib: Quranın nadir və bənzərsiz bu səhifəsi hicri-qəməri tarixi ilə 4-cü əsrdə yazılıb və 15 sətrdən ibarətdir. Bu səhifədə Kufi xətti ilə Qurani-Kərimin Nisa surəsinin 135-dən 137-dək ayələri kitabət edilib.