IQNA

İran səfirliyi Beynəlxalq Qüds günü ilə əlaqədar konfrans keçirib

10:43 - June 01, 2019
Xəbər sayı: 3485240
Tədbirdə çıxış edənlər Qüds gününün əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, zülm və zalımların qarşısında dayanmaq və birləşmək məhz bu günün əsas mahiyyətini təşkil edir. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bakıda  İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Qüds günü münasibətilə tədbir keçirilib.

Maide.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, siyasi partiyaların rəhbərləri, ictimai xadimlər, diplomatik nümayəndəliklərin əməkdaşları, media rəhbərləri iştirak ediblər. 
Tədbirdə çıxış edən İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə bildirib ki, Beynəlxalq Qüds Günü işğalçılıq siyasətinə qarşı bir addımdır. "İran İslam Respublikası istər Fələstin, istər digər işğala məruz qalmış ölkələrin yanındadır. Xüsusilə dost və qardaş Azərbaycanın işğal altında olan Qarabağ məsələsində haqq mövqeyini müdafiə edir." 
Tədbirdə çıxış edənlər Qüds gününün əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, zülm və zalımların qarşısında dayanmaq və birləşmək məhz bu günün əsas mahiyyətini təşkil edir. 
Tədbir iftar süfrəsi ilə davam edib.
 
 
 
 
 

 

 

captcha