IQNA

Amerikalı bələdiyyə rəisi müsəlmanlardan üzr istədi

11:22 - July 02, 2019
Xəbər sayı: 3485431
Amerikanın "Delaware" əyalətinin  "Wilmington" şəhərində Foster Brown hovuzunda müsəlman hicablı şagirdlərin əylənməsinin qarşısı alınıb. Müsəlman şagirdlər hovuzdan dini geyimə görə qovulublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "independent" informsiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın "Delaware" əyalətinin  "Wilmington" şəhərində Foster Brown hovuzunda müsəlman hicablı şagirdlərin əylənməsinin qarşısı alınıb.

"Darul-Əmanə" təhsil akademiyasının şagirdləri yay Ərəb dili kurslarında iştirak etmək məqsədi ilə bu şəhərə gəliblər. Onlar dincəlmək üçün  "Wilmington" şəhərində Foster Brown hovuzuna gediblər, amma hovuza buraxılmayıblar.  

Əyləncə su hovuzunun məsulları müsəlman hicablı qızların pambıq geyimlərdə olduqlarını və bu geyimlərlə hovuza girməyin qadağan olduğunu bəhanə edərək müsəlman şagirdləri örtülü çimərlikdən qovublar.

"Darul-Əmanə" təhsil  akademiyasının müdiri Təhsin İsmayil bu barədə deyib: Hovuzun girişində bu barədə heç bir xəbərdarlıq tablosu olmayıb. Həmçinin həmin vaxtda digər şəxslər pambıq geyimlərlə hovuzda istirahət edirdilər.

Hadisədən sonra "Darul-Əmanə" təhsil  akademiyasının məsulları hovuzun məsullarından məhkəməyə şikayət edərək onları irqçilik və dini ayrıseçkilikdə günahlandırıblar.

Amerikanın "Delaware" əyalətinin  "Wilmington" şəhərinin bələdiyyə başçısı əvvəlcə hovuzun məsullarını müdafiə etsə də məsələ mediaya çıxarıldıqdan sonra üzr istəyərək deyib: Dini geyimlərinə görə hovuzdan qovulan uşaqlardan üzr istəyirəm. Bundan sonra öz iş siyasətimizi islah edəcəyik və işçi qüvvələrimizə bu mövzuda daha çox diqqətli olmağı tapşıracayıq.

Qeyd edək ki, məhkəmənin qərarına əsasən "Wilmington" şəhərinin məsulları hovuzdan qovulan yeddi müsəlman uşağa 50 min dollar mənəvi zərər ödəyəcək.

http://iqna.ir/fa/news/3823409

Teqlər: iqna ، islamofobiya ، hovuz ، çimərlik ، irqçilik
captcha