IQNA

Əsrin Müqaviləsi Əleyhinə Müttəfiqlər toplantı keçirdi

7:41 - July 08, 2019
Xəbər sayı: 3485466
Onlar "Əsrin Müqaviləsi" layihəsini kəskin şəkildə məhkum ediblər və məzlum Fələstin xalqının hüquqlarını və öz talelərini təyin etmək haqqını müdafiə edəcəkləri və dəstəkləyəcəklərini vurğulayıblar.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "wafa" informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, həftənin Bazar günü, 7 İyul 2019-cu il, Livanın paytaxtı Beyrut şəhərində "Əsrin Müqaviləsi Əleyhinə Müttəfiqlər"in (متحدون ضد صفقه القرن) iclası keçirilib.

Bu toplantı Fələstin Azadlıq Təşkilatının təşəbbüsü, Fələstin müqavimət qruplarının həmkarlığı və müxtəlif Ərəb ölkələrinin partiya təmsilçilərinin iştirakı keçirilib.

Toplantı iştirakçıları "Əsrin Müqaviləsi" layihəsini kəskin şəkildə məhkum ediblər. Onlar məzlum Fələstin xalqının hüquqlarını və öz talelərini təyin etmək haqqını müdafiə edəcəkləri və dəstəkləyəcəklərini vurğulayıblar.  

İclasın sonunda bir sıra qərarlar qəbul edilib. Qərarların həyata keçirilməsi üçün komitə yaradılıb. Bu komitənin vəzifəsi Əsrin Müqaviləsi layihəsinin həyata keçirilməsinin qarşısını mümkün olan hər bir vasitə ilə almaqdır.

İclasın rəisi Xalid Süfyani və həmkarları gələn həftənin ikinci günü bu iclasın qərarlarını elan etmək üçün mətbuat konfransında iştirak edəcəklər.

http://iqna.ir/fa/news/3825237

captcha