İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyndə "əz-Zikrul-Həkim" Quran cəmiyyətinin təşəbbüsü ilə ilk dəfə keçirilən "əl-Mizan Beynəlxalq Qurani-Kərim Yarışları" öz işini yekunlaşdırıb.
Bu yarışlar Bəhreynin qərbində yerləşən "əs-Sənabus" rayonunda keçirilib.
əl-Mizan Beynəlxalq Qurani-Kərim yarışlarında böyüklərdən və azyaşlılardan ibarət 200 nəfər iştirak edib. Yarışlar Quranın hifzi, təfsiri və qiraəti ixtisasları üzrə təşkil edilib.
Bu yarışların yekun mərasimində Bəhreynin dini və Qurani şəxsiyyətləri iştirak ediblər.