IQNA

Şeyx Nəim Qasim: Ərəbistan və BƏƏ Yəməndə təxribat yaradır

7:33 - October 03, 2019
Xəbər sayı: 3485907
Livan İslami Müqavimət Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim ötən gecə Qətərin əl-Cəzirə televiziya kanalı ilə müsahibəsində deyib: Səudiyyənin və BƏƏ-nin Yəməndə ifa etdiyi rol təxribatdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibinin müavini Şeyx Nəim Qasim ötən gecə (2 Oktyabr 2019) Qətərin əl-Cəzirə televiziya kanalı ilə müsahibəsində deyib: Səudiyyənin və BƏƏ-nin Yəməndə ifa etdiyi rol təxribatdır.

O, Səudiyyənin vəliəhdi Bin Salmanın "Regionda sülh yaratmaq üçün İranla mübarizə üçün diplomatik yollardan istifadə kifayət deyil, praktik tədbirlər görmək lazıdmır " ifadəsinə cavab olaraq deyib: Biz inanırıq ki, İranla müharibə başlayarsa, bu, təkcə İranı deyil, həm də bütün regionu bürüyəcək.  

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) baş katibinin müavini Şeyx Nəim Qasim əlavə edib: Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə və regionda Amerika və İsrailin hədəflərinə xidmət edirlər və onların Yəməndə olması çox pis bir hal, təxirbatçı və dağıdıcı rola malikdir.

O vurğulayıb: Ərəbistan elə bilir ki, Amerikadan öz anti-İran planlarını həyata keçirmək üçün istifadə edir, amma reallıq bunun əksini göstərir.  

http://iqna.ir/fa/news/3846888

Teqlər: livan ، yəmən ، hizbullah ، iqna ، İsa qasim
captcha