IQNA

London muzeyində Osmanlı dövrünə aid Quran tablosu sərgiyə çıxarılıb

10:13 - October 06, 2019
Xəbər sayı: 3485924
İngiltərənin London şəhərinin muzeylərindən birində Osmanlı imperiyası dövrünə aid Quran tablosu sərgiyə çıxarılıb. 19-cu əsrə aid olan bu tabloda Quran oxuyan bir qızın rəsmi təsvir edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin London şəhərinin muzeylərindən birində Osmanlı imperiyası dövrünə aid Quran tablosu sərgiyə çıxarılıb.

Britaniya muzeyində sərigəyə çıxarılan və 19-cu əsrə aid olan bu tabloda Quran oxuyan bir qızın rəsmi təsvir edilib.

Osmanlı dövrünün rəssamı Osman Həmdibəyin əsəri olan bu rəsm əsərini London muzeyi Malaziyanın İslami İncəsənət muzeyindən 7 milyon 400 min dollara alıb.

İslami bir fəzada İslami memarlıq və Osmanlı dini geyimini dəqiq xüsusiyyətləri ilə göstərən bu rəsm əsəri 1880-ci ildə çəkilib.

Bu əsər London muzeyinin "Şərqdən İlham almış; İslam dünyası Qərb mədəniyyətinə necə təsir qoydu" bölməsində nümayiş edilib.

Həmdibəyin bu əsəri Qərb və Şərq mədəniyyətinin əlaqələrini gözəl ifa edib.  

http://iqna.ir/fa/news/3847294

captcha