IQNA

 Edoardo Agnellinin xatirəsinə həsr edilmiş "ƏRBƏİN" əsərinin təqdimatı keçirildi

23:30 - October 08, 2019
Xəbər sayı: 3485936
Bu gün, 8 Oktyabr 2019-cu il, Tehranın Beynəlxalq Professorlar Assosiasiyasında şəhid Edoardo Agnellinin xatirəsinə həsr edilmiş "ƏRBƏİN" adlı incəsənət əsərinin təqdimat mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, 8 Oktyabr 2019-cu il, Tehranın Beynəlxalq Professorlar Assosiasiyasında şəhid Edoardo Agnellinin xatirəsinə həsr edilmiş "ƏRBƏİN" adlı incəsənət əsərinin təqdimat mərasimi keçirilib.

Mərasimdə İran İslam Respublikasının Mekzika və İtaliyadakı sabiq səfiri və şəhid Edoardo Agnellinin yaxın dostu Məhəmmədhəsən Qədiri Əbyanə, Şəhid Edoardo Agnelli adına birliyin məsulu Qeydari, Şəhid Edoardo Agnelli adına birliyin "ƏRBƏİN" əsərinin yaradıcısı və "Edoardo; Rumlu müsafi" kitabın müəllifi xanım Fəhimə Nikumənzər, media və qələm əhli iştirak ediblər.

Şəhid Edoardonun xatirəsinə həsr edilmiş rəqəmsal rəsm əsərinin əsas mövzusu şəhidlərin xatirələrinin ölməzliyini və onların da ƏRBƏİN mərasimində iştirak etdiyini və bu işə rəhbər olduqlarını ehtiva edir.

Bu əsərdə şəhid Edoardo Agnelli əynində İmam Hüseyn (ə) əzadarlarının köynəyi ilə ƏRBƏİN piyada yürüşündə təsvir edilib.   

https://iqna.ir/fa/news/3848516

Teqlər: Edoardi Agnelli ، Ərbəin ، iqna ، şəhid
captcha