IQNA

NÜCƏBA-nın sözçüsü: "İsrail ilə savaşmaq şəri vacibdir"

8:31 - November 27, 2019
Xəbər sayı: 3486214
Bizim dinin vacib əmirləri və əqidə prinsiplərimiz bu işğalçı rejimlə mübarizəni tələb edir. Livanın HİZBULLAH hərəkatı başda olmaqla İsrail əleyhinə döyüşən bütün müqavimət güclərinin yanındayıq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının ümumi əlaqələr şöbəsinin sözçüsü Nəsr Şimməri ölkəsində baş verənlərlə bağlı mətbuat açıqlamasıda deyib: İraqın Çin və Rusiya ilə əlaqələrinin gücləndirilməsi Amerikanın ölkəmizdə nüfuzunun azaldılması üçün faydalıdır.

O, Amerikanın prezidenti Trampın İŞİD terror qruplaşmasını yaratdıqlarına, Ərəbistanın və bəzi Fars Körfəzində yaşayan ərəbdilli ölkələrin bu işdə Amerika ilə şərik olduğuna etiraf etməsinə işarə edərək deyib: Onlar öz yetişdirdikləri terrorçular ilə mübarizədə ciddi deyillər. Bu terroristlərin İraqda qalanlarından iğtişaşlarda və dövlət əleyhinə istifadə edirlər.

Şimməri Türkiyənin Suriyanın şimalına soxulmasını pisləyərək bunun beynəlxalq qanunlara zidd olduğunu önə çəkib vurğulayıb: Türkiyənin bu addımı Suriyanın milli hakimiyyətinə təcavüz etməkdir. Suriya xalqı bu hakimiyyəti qorumaq üçün çox dəyərli qanlar verdilər. Buna görə Türkiyədən ən tez zamanda Suriyanı torpağını tərk etməsini tələb edirik.

İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının ümumi əlaqələr şöbəsinin sözçüsü sionist rejiminin İslam ümmətinə əleyhinə cinayətlərinə işarə edərək deyib: Bizim dinin vacib əmirləri və əqidə prinsiplərimiz bu işğalçı rejimlə mübarizəni tələb edir. Livanın HİZBULLAH hərəkatı başda olmaqla İsrail əleyhinə döyüşən bütün müqavimət güclərinin yanındayıq.

Nəsr Şimməri əlavə edib: Əgər Suriya və HİZBULLAH İslam ümmətinin hüquqlarının müdafiəsi üçün sionist rejimi ilə müharibəyə başlayarsa, biz iftixarla cəbhənin birinci xəttində cihad edəcəyik.

Şimməri çıxışının davamında Fələstin və İraqın müqavimət güclərinin komandirlərinin görüşündən danışıb və bunu bəyənilmiş bir addım hesab edib.

İraqda baş verən hadisələrə münasibət bildirən Həşduş-Şəbi üzvü deyib: İndiki dövlət rəsmiləri xalqın problemlərinin həlli üçün ciddi addımlar atmayıblar. Bu məsələ də xalqın narazılığını səbəb olub. Xalqın tələbləri haqlıdır, amma millətimiz ayıq olmalı və düşməni bu etiraz dalğasından faydalanmağa qoymamalıdır. Çünki İraq və İranın yaxın əlaqələrini həzm edə bilməyən amerikalılar bu etirazlardan İran əleyhinə istifadə etmək istədilər. Fars Körfəzindəki diktator rejimlər də İraqın demokratik təcrübəsini həzm edə bilmir və etirazları iğtişaşlara çevirmək istəyirlər. Əlbəttə belə bir şey baş verməyəcək.

İraqda şiə və sünni qardaşlığına işarə edən Şimməri vurğulayıb: Biz müqavimət gücləri sıralarında bu qardaşlığı hiss etdik. Əhli-Sünnə könüllüləri ilə yaxın həmkarlıq təcrübəsi varımızdır. Onların da çoxu müqavimət sıralarına üzv oldular və NÜCƏBA hərəkatının tərkibində vuruşaraq şəhidlik zirvəsinə ucaldılar.

https://iqna.ir/fa/news/3859628

captcha