IQNA

Livanlı Əhli-Sünnə alimi xalqa xəbərdarlıq edib

15:16 - December 18, 2019
Xəbər sayı: 3486334
Livanlı Əhli-Sünnə alimi və Seyda məscidinin camaat imamı Şeyx Hisam əl-Eylani sosial şəbəkələrdə yayılan videoda Həzrət Məhəmməd peyğəməbrin (s) əhli-beytinin (ə) təqhir edilməsini məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanlı Əhli-Sünnə alimi və Seyda məscidinin camaat imamı Şeyx Hisam əl-Eylani sosial şəbəkələrdə yayılan videoda Həzrət Məhəmməd peyğəməbrin (s) əhli-beytinin (ə) təqhir edilməsini məhkum edib.

Livanın Cənubunda yerləşə Seyda şəhərinin əl-Ğüfran məscidinin camaat imamı sosial şəbəkələrdə dini etiqadları təhqir və məzhəbi ixtilafları təhrik edən videoya münasibət bildirərək ölkədə məzhəb fitnəsi təhlükəsi olduğu barədə xəbərdarlıq edib.

O, Peyğəmbərin (s) Əhli-Beytinin (ə) əhli-sünnə məzhəbi yanında sevimli olmasının hamıya aşkar və aydın olduğunu vurğulayaraq iğtişaşçıların vətəndaşların ümumi əmlakına zərər vurmalarını, Livanın müxtəlif rayonlarında dağıdıcı addımlar atmalarını məhkum edib və həmçinin Livanın Darul-Fətavasına etirazçılardan evlərinə dönmələrini istədiyi üçün təşəkkür edib.

Seyda şəhərinin əl-Ğüfran məscidinin camaat imamı Şeyx Hisam əl-Eylani fitnənin qarşısında dayanmağı bütün şiə və əhli-sünnənin vəzifəsi hesab edərək deyib: Allahın Rəsulunun (s) Əhli-Beytini (ə) təhqir edən şəxs Livanda yaranmış vəziyyət və şəraitdən sui-istifadə edib. Əgər fəzanı münasib görməsəydi heç vaxt belə bir video paylaşmağa cürə etməzdi. Bu təhqir göstərir ki, Livan təhlükədədir. Məzhəb fitnəçiliyi bu ölkəyə qara kölgə salıb. Biz əhli-sünnə və şiələr Livanda sabitlik və vəhdət istəyirik və buna görə də fitnə ilə mübarizə aparmalıyıq.

Livanın Darul-İftasının ümumi müfəttişi Şeyx Həsən Mərəb də bu hadisəni məhkum edərək Əhli-Sünnənin bu işdən bezar olduğunu vurğulayıb və şiə və sünni arasında fitnəyə yol verməyəcəklərini bildirib.

O deyib: Biz sünni və şiələr “La ilahə illəllah” və “Muhəmməd Rəsulullah” əhliyik. Peyğəmbəri və əhli-beytini sevirik. Ona və ailəsinə salavat göndəririk. Və inanırıq ki, Əhli-Beyti (ə) təhqir edən Peyğəmbəri (s) təhqir etmişdir. Peyğəmbəri (s) təhqir edən dindən çıxmışdır və biz ondan bezarıq. Əhli-Beyti təhqir edən nadan Əhli-Sünnədən ola bilməz. Və heç vaxt o nadanın mövqeyi əhli-sünnənin mövqeyi kimi qəbul edilməməlidir.

Livanın Darul-İftasının ümumi müfəttişi Şeyx Həsən Mərəb əlavə edib: Şiələr bilsin ki, kimlərinsə bizi fitnəyə çəkməyə icazə verməyəcəyik, siz də huşyar olun, fitnəyə girməyin. Mən Livanın başbilənlərində istəyirəm ki, fitnənin qarşısını alsınlar. Bu fitnənin cürmünü biz çəkməməliyik. Bu fitnənin pərdə arxasına Livanın düşmənləri dayanıb. Biz fitnəni dayandırmaq istəyən hər kəsin əlini sıxırıq və icazə vermərik ki, şiə və sünni arasında fitnə yaransın.

Qeyd edək ki, Livanın Seyda şəhərində Əhli-Sünnə adı ilə Əhli-Beyti (ə) təqhir edən videonun yayılması şəhərdə sabitliyi pozub. HİZBULLAH və Əməl Hərəkatı insanları sabitliyi qorumağa və dözümlü olmağa çağırıb.

https://iqna.ir/fa/news/3864853

captcha