IQNA

Ali Məqamlı Rəhbər başsağlığı ismarıcı verdi

22:16 - December 30, 2019
Xəbər sayı: 3486386
Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  təqvalı alim ayətullah Hacı Seyid Hüseyn Şəmsin  vəfatı münasibətilə başsağlığı verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  təqvalı alim ayətullah Hacı Seyid Hüseyn Şəmsin  vəfatı münasibətilə başsağlığı verib.
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:  "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Pərhizkar alim  Ayətullah  Hacı Seyid Hüseyn Şəmsin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə,  sevənlərinə başsağlığı deyirəm.  Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
Qeyd edək ki,  Ayətullah  Şəms Xorasani iki gün öncə 94 yaşında vəfat edib. 
captcha