IQNA

ABŞ-ın İraqdakı "ət-Taci" hərbi bazası raket atəşinə tutulub

0:08 - January 15, 2020
Xəbər sayı: 3486499
Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, ət-Taci həbi bazası raket atəşinə məruz qalıb. ABŞ hərbçilərinin olduğu bu baza İraqın paytaxtı Bağdad şəhərinin şimalındadır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sumariya nyuz" informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, bu gün (14 Yanvar 2020) axşam saatlarında ABŞ-ın İraqdakı "ət-Taci" hərbi bazası raket atəşinə tutulub.

Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, ət-Taci həbi bazası raket atəşinə məruz qalıb. ABŞ hərbçilərinin olduğu bu baza İraqın paytaxtı Bağdad şəhərinin şimalındadır.

Katyuşalardan raket atəşinə tutulan bazada hücum nəticəsində ölənlər və ya yaralananların olub-olmaması barədə məlumat verilmir. Bazaya beş raket atılıb.

Qeyd edək ki, bu, ABŞ hərbçilərinin atəşə məruz qaldığı növbəti bazadır. Bazar günü İraqdakı “Balad” bazası da atəşə tutulmuşdu. Bu hərbi obyektdə də ABŞ kontingenti mövcuddur. Atəş nəticəsində xəsarət alan və ya ölən olmamışdı.

https://iqna.ir/fa/news/3871702

 

 

captcha