IQNA

Amerikada sosial şəbəkələrdə islamofobiya daha şiddətlidir

22:21 - January 30, 2020
Xəbər sayı: 3486590
Amerikada sosial ekspertlərin müşahidələrinə və bu barədə hesabatlarına əsasən, bu ölkənin vətəndaşları sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində həqiqi fəzadan daha çox islamofob çıxışlar edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada sosial ekspertlərin müşahidələrinə və bu barədə hesabatlarına əsasən, bu ölkənin vətəndaşları sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində həqiqi fəzadan daha çox islamofob çıxışlar edirlər.

Amerikada konqresin 2018-ci il seçkilərindən sonra "kiv" və sosial mediada islamofobiya gözəçarpacaq dərəcədə çoxalıb.

Xüsusi ilə də seçkilər zamanı partiya rəhbərləri və ardıcılları həm özləri və həm də sosial şəbəkə robutları vasitəsi ilə çox sayda islamofobiya xarakterli mesajlar paylaşıblar.

Hesabatda bu da qeyd edilir ki, Amerikada konqres nümayəndələri öz seçki dairələrindəki müsəlmanlar ilə real və üz-üzə həyatda "online" fəzaya nisbətdə daha müsbət davranıblar. Habelə konqresin müsəlman namizədləri də seçicilər ilə görüşdə sosial şəbəkələrdəkindən daha az "islamofobiya" xarakterli hücumlara məruz qalıblar.  

Araşdırmaçıların fikrincə 2018-ci ildə Amerikanın konqres seçkilərinə iki müsəlman qadının, İlhan Ömər və Rəşidə Təyyibin qatılması islamofobiyanın sosial şəbəkələrdə çoxalmasına səbəb oldu. Çünki qeyri-müsəlman qəribləri onları gözdən salmaq üçün İslamı və bütün müsəlmanları gözdən salmağa çalışırdılar.

https://iqna.ir/fa/news/3874980

 

Teqlər: iqna ، islamofobiya ، irqçilik
captcha