IQNA

Fələstində "qəzəb cüməsi" keçirildi

7:44 - February 01, 2020
Xəbər sayı: 3486603
Ötən gün (Cümə, 31 Yanvar 2020) Fələstinin müxtəlif şəhər və rayonlarında Amerikanın terrorist prezidenti Donald Trampın sionistcəsinə hazırladığı "əsrin müqaviləsi" layihəsinə etiraz yürüşləri keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün (Cümə, 31 Yanvar 2020) Fələstinin müxtəlif şəhər və rayonlarında Amerikanın terrorist prezidenti Donald Trampın sionistcəsinə hazırladığı "əsrin müqaviləsi" layihəsinə etiraz yürüşləri keçirilib.

Əqsa məscidinin xətibi müsəlmanları Amerikanın terrorist prezidenti Donald Trampın sionistcəsinə hazırladığı "əsrin müqaviləsi" layihəsinə etiraz etməyə və bu yolda vəhdətə çağırıb.

İğşal edilmiş ərazilərdə (1948) və Qəzza zolağında Cümə namazından sonra xalqın müxtəlif təbəqələrinin və ictimai şəxsiyyətlərin iştirakı ilə izdihamlı aksiyalar keçirilib.

Ramallah, əl-Xəlil, Tulkərm, əl-Əğvar, Qəlqiliyyə və Qəzzanın qərb sahillərində keçirilən aksiyalarda fələstinli cavanlar ilə Qüdsün işğalçıları arasında qarşıdurma baş verib. Sionist hərbiçiləri aksiyaçılara qarşı gözyaşardıcı qazlardan istifadə ediblər.  

Etiraz yürüşlərində iştirak edən fələstinlilər çaydan dənizə qədər Fələstin xalqının torpağı olduğunu bildiriblər.  

İordaniya, Bəhreyn, Livan, İraq və Fələstində "əsrin müqaviləsi" layihəsinin əleyhinə keçirilən yürüşlərdə Amerika hərbiçilərinin regiondan çıxması da tələb edilib.

İordaniyanın padşahı trampın layihəsinə etiraz edib və Fələstin xalqının yanında olduğunu vurğulayıb.

https://iqna.ir/fa/news/3875418

captcha