Əfqanıstanın paytaxtı Kabildə məscidlərin birində partlayış törədilib. Terrorçuların törətdiyi terror nəticəsində 3 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.
Ölənlər arasında məscidin imamı da olub. Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.
Terror hadisəsi Cümə namazı vaxtı Kabulun Şirşahsuri məscidində baş verib.
Bundan öncə də Kabulun rayonun Əkbər Xan came məscidinin dəstəmazxanasında baş verən partlayışda ölən və yaralananlar olmuşdu.