IQNA

Misrin müftisi: Ayasofiyanın məscidə çevirilməsi caiz deyil

23:28 - July 18, 2020
Xəbər sayı: 3487658
Tehran (IQNA) -  Misrin baş müftisi Şövqi Əllam vurğulayıb: Türkiyənin Ayasofiya kilsə muzeyinin məscidə çevirilməsi İslam şəriətinə əsasən caiz deyil.

Misrin baş müftisi Şövqi Əllam bu sözləri ötən gün (Cümə, 17 İyul 2020) televiziya müsahibəsində deyib.

O deyib: İslam dini digər dinlərin (ehtiramının) qorunmasına əmr etmişdir. İslam Peyğəmbəri (s) döyüşlər zamanı müsəlmanlara əmr edirdi ki, mədəbləri və kilsələri dağıtmasınlar, rahib və keşişləri öldürməsinlər. Buna görə də Türkiyənin Ayasofiya kilsə muzeyinin məscidə çevirilməsi İslam şəriətinə əsasən caiz deyil.

O əlavə edib: Biz bu barədə Misrin İslamo Fondlar Nazirliyinin iştirakı ilə hazırladığımız "İslamda ibadət məkanlarının qorunması" kitabında yazmışıq və bu barədə fətvalarımız var.

Misrin baş müftisi Nəcran xristianlarının Mədinə məscidinə gəlməsi və orada ibadət etmələrinə işarə edərək dedi: Misrin İslam tarixində heç bir kilsə məscidə və heç bir məscid də kilsəyə çevirilməyib.

Şövqi vurğulayıb: İbadət məkanları insanların əqidəvi simvollarıdır və onlara hörmət edilməlidir.  /3911047

Teqlər: ayasofiya ، misr ، şövqi əllam ، kilsə
captcha